Tobin vergisi (ing. Tobin tax) — 1978-ci ildə Nobel mükafatı laureatı Ceyms Tobin tərəfindən kapitalın miqrasiyasına nəzarət etmək, valyuta bazarlarında “həddindən artıq səmərəliliyi azaltmaq” və qiymətli kağızlar bazarında dalğalanmaları azaltmaq vasitəsi kimi təklif edilən spot valyuta əməliyyatlarına vergi.
Valyuta əməliyyatlarının vergiyə cəlb edilməsinə alternativ bank haqqıdır.[1] Xüsusilə, Almaniyada maliyyə böhranı ilə əlaqədar 2007-ci ildə tətbiq edildi və 2010-cu ildən maliyyə xidmətləri təminatçıları və kredit təşkilatları tərəfindən ödənilir. Rüsum maliyyə sektorunda kredit və ticarət əməliyyatlarının sistem riski ilə bağlı xərcləri ödəmək üçün nəzərdə tutulub.[2]